8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Martın 7-də məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.Tədbir başlayanda diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil güclənir. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. Məktəbimizin müəllim kollektivinin demek olar qadinlardan ibarətdi.Və bu bayramda butun qadinlari , məktəb müəllimlərimizi təbrik etmək üçün məktəbimizin şagirdləri onlara bayram tədbiri təşkil etdilər.Tədbirdə şagirdlərin hazırladıqları səhnəciklər ,rəqslər ,şeirlər, mahnılar müəllimlərin sevincinə səbəb oldu .