Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir
Bu gün məktəbdə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir. Tədbir başlamazdan əvvəl ibtidai sinif rmüəllimləri şagirdləri məktəbin foyesində yuxarı sinif şagirdlərinin Xocalı soyqırımına həsr etdikləri rəsm sərgisi ilə tanış oldular. Tədbirdə məktəbin direktoru Leylaxanım Məmmədova ,təlim-tərbiyə işləri üzrə direktor müavini Rəhimli Fəxrəddin,tərbyə isləri üzrə direktor müavii Nailə Səmədova .şagirdlər və valideyinər iştirak edirdi. Tədbir başlamazdan öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qeyd olunub ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Xocalıda yüzlərlə insanın qətlə yetirilməsi və girov götürülərək işgəncələrə məruz qalması insanlıq əleyhinə hərəkət kimi səciyyələndirilmişdir. Daha sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunmuş, şagirdlərin bir qrupu Xocalıya və şəhidlərə həsr olunmuş şeir ifa etmişlər. Sinif divar qəzetləri faciənin 25-ci ildönümünə həsr edilmiş, tariximizin bu qanlı səhifəsini əks etdirən güşələr tərtib edilmiş, şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgilər təşkil olunmuşdur.