"Şəhidlər yaşayır" adlı tədbir keçirildi
Bu gün 20 Yanvar hadisəsinin 27-ci ildönümünə həsr olunmuş "Şəhidlər yaşayır" adlı tədbir keçirildi.Tədbirdə məktəbin direktoru Leylaxanım Məmmədova,direktor müavinləri,müəllim kollektivi,şagirdlər və valideyinlər iştirak edirdi.Tədbirdə ilk olaraq "20 Yanvar" şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.Sonra çıxış üçün söz məktəbin direktoru Leylaxanım Məmmədovaya verildi O, çıxışında qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Həmin gün Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri Azərbaycan uğrunda, azadlıq uğrunda şəhid olmağa hazır olduqlarını göstərdilər.Çıxışlardan sonra tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda yazılmış mahnılar,şeirlər və səhnəciklər tədbir iştirakçılarına təqdim olundu.