3 "C" SİNFİNDƏ AÇIQ DƏRS KEÇİRİLDİ
16 yanvar tarixində məktəbin 3”c” sinfində Azərbaycan dili fənnindən açıq dərs keçirildi.Açıq dərsi 3“c” sinfinin sinif rəhbəri Rəsmiyyə İsmayılova təşkil etmişdi.Açıq dərsi izləmək üçün məktəbin direktoru Leylaxanım Məmmədova,təbiyə işləri üzrə direktor müavini Nailə Səmədova ,ibtidai sinif nüəllimləri və valideyinlər dəvət olunmuşdu.Dəsdə dərslik,iş dəftəri,iş vərəqələri ve prometan löhvədən istifadə olundu ,dərs qruplarla iş və cütlərlə iş fomasında təşkil olunmuşdu.Açıq dərsin mövzusu əsas nitq hissəsi olan sifət haqqinda idi.Dərs boyu sifətin mənaca növlərindən,quruluşca növlərindən ,həqiqi və məcazi mənalarından bəhs edildi.Mövzu elektron lövhəsində hazırlanmış slaydlardan istifadə olunaraq, kurikulumun tələblərinə uyğun qurulmuşdur.Hər qrup üçün slaydlarda hazırlanmış suallara şagirdlər elektron lövhədə aydınlıq gətirir, fikirlərini şərh edirdilər. Sonda açıq dərsin qiymətləndirilməsi aparıldı.Dərsi dinləyən ibtidai sinif müəllimləri və məktəbin direktoru Leylaxanım Məmmədova müəllimin yaradıcı işini,fəal təlim metodlarından məharətlə istifadə etməsini yüksək qiymətləndirdilər.