RİYAZİYYAT FƏNNİNDƏN MƏKTƏBLƏRARASI BİLİK YARIŞMASI KEÇİRİLDİ

Bu gün məktəbin akt zalında Nizami rayonu 61 №li tam orta məktəbin “Pifaqor” komandası ilə 10 №li tam orta məktəbin “Tusi” komandası arasında “31 dekabr-Dünya azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş riyaziyyat fənnindən və məntiq üzrə 7- ci siniflər arasında məktəblərarası intellektual oyun keçirildi.Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leylaxanım Məmmədova bayram münasibəti ilə qonaqları, tədbir iştirakçılarını təbrik etdi və şagirdlərə yarışda uğurlar arzuladı.Sonra münsiflər heyətinin üzvlərini təqdim etdi .Münsiflər heyətində Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi Fərman Axundov,Nizami RİH-nin ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Mürvət İbrahimov, 61 №li tam orta məktəbin direktoru Zenfira Şıxəliyeva münsif üzvü kimi iştirak edirdi.Tədbri təşkil edən riyaziyyat müəllimi Sevinc Ağayeva oyunun şərtləri ilə komandaları bir daha tanış etdi və oyuna start verildi. Yarışın gedişatında komandalara verilmiş vaxt erzində şagirdlərə dəstək olmaq üçün her iki məktəbin şagirdləri “31 dekabr-Dünya azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş video çarxlar ,şeirlər,mahnilar,rəqslər və səhnəciklər göstərdilər.Cemi 10(on) sualdan ibarət olan oyunda qızğın mübarizədən sonra 10 №li tam orta məktəbin “Tusi” komandasi və 61 №li tam orta məktəbin “Pifaqor” komandası her ikisi 9 suala düzgün cavab verərək berabər xal qazandılar.Sonda münsiflər heyəti oyuna münasibət bildirib,komandanın iştirakçılarına uğurlar arzuladı və qarşıdan gələn bayramlarını təbrik etdilər.Sonda qalib olan hər iki komanda bir-birlərini təbrik edərək hədiyyə verdilər və her iki komanda birlikdə xatirə şəkilləri çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi