ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ QEYD EDİLDİ
Bu gün-12 dekabr tarixində məktəbin akt zalında Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü qeyd edildi.Tədbirdə məktəbin direktoru Leylaxanım Məmmədova,direktor müavinləri,müəllim kollektivi,şagirdlər və valideyinlər iştirak edirdi.Tədbir başlanmazdan əvvəl Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru L.Məmmədova Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məruzə etdi.O, bildirdi ki,Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində əbədi yaşamaq istəyən sərkərdələr, fatehlər, hökmdarlar, dövlət rəhbərləri, ictimai-siyasi xadimlər çox olmuşdur. Tarixdə əbədi qalmaq şərəfinə nail olanların sayı isə elə də çox olmamışdır. İnsanların şüuruna hakim kəsilən belə şəxsiyyətlər, adətən zamanın fövqündə durmuş, sağlığında milyonların qəlbinə köçmüşdür. Mənsub olduğu millətin sevimlisinə, əvəzedilməz öndərinə çevrilmiş olan belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının lideri Heydər Əlirza oğlu Əliyev olmuşdur.Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.Bu görkəmli dövlət xadimi tarixi irsə əsaslanaraq milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir. O Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsədə ikinci dövrdə yalnız və yalnız ölkəmizin inkişafı, qüdrətli və güclü bir dövlətin yaradılması, xalqımızın firavan yaşaması amalı ilə yaşadı və biliyi və rəhbərlik istedadı sahəsində olan bacarıqları əsasında bu istəklərini həyata keçirdi. Daha sonra çıxış üçün söz məktəbin tarix müəllimi E.Paşayeva verildi. O,Heydər Əliyevin heyat və fəaliyyetindən danışdı və bildirdi ki , Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.Çıxışı Azərbaycan dili və ədəbiyyat müəllimi R.Mirzəyevanın dahi şexsiyyət haqqinda fikirlerinin söylemesi ilə davam etdi.Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film izlənildi.