Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

Azərbaycan Respubikasnın Prezidenti İlham Əliyev Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.2016-cı ildə Azərbaycanın ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olub.Yubiley münasibeti ilə məktəbin akt zalında tədbir keçirildi.Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Leylaxanım Məmmədova tədbirin Prezident İlham Əliyevin “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 19 noyabr tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib.Ədibin irsinin öyrənilməsində tədbirin əhəmiyyətini vurğulayıb.Qeyd edilib ki,ölkəmizdə Ceyhun Hacıbəylinin yubileyinə həsr olunan silsilə tədbirlər keçirilir. Bugünkü tədbir də onun həyat və fəaliyyətinin öyrənilməsinə töhfəsini verəcək. Sonra tədbirdə şagirdlərin hazırladığı məruzələrdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Ceyhun Hacıbəylinin şəxsiyyəti, fəaliyyəti, publisistikası barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, dövrünün təəssübkeş, vətənpərvər ziyalılarından olan Ceyhun Hacıbəyli həm də müxtəlif mövzularda məqalələrin müəllifidir. Azərbaycan dili və ədəbiyyat müəllimi Mehparə İbrahimava da Ceyun Hacıbeyli haqqıda fikirlerini tədbir iştirakçılarına bildirdi. Sonda tədbir iştirakçılarına Azərbaycan Mətbuat Şurasının Ceyhun Hacibəyli haqqında hazırladığı “Durun gedək evimizə” adlı filmi təqdim olunundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi