Nizami rayonu orta ümumtəhsil məktəbləri arasında C.Naxçıvanskı adına hərbi liseydə keçirilən "Şahin" hərbi-idman yarışında 10 saylı tam orta məktəbin şagirdləri iştirak etdi.

Nizami rayonu orta ümumtəhsil məktəbləri arasında C.Naxçıvanski adına hərbi liseydə keçirilən "Şahinlər" hərbi-idman yarışında 10 saylı tam orta məktəbin şagirdləri iştirak etdi.Yarışmanı giriş sözü ilə Nizami RİH –nın başçısı T.Budaqov açdı.Çıxışında Azərbycanın son illərdə əldə etdiyi hərbi qüdrətindən,Ali Baş Komandan Cənab prezident İlham Əliyevin orduya və hərbiçilərə göstəriyi qayğıdan danışdı.Bu cür yarışların mütəmadi olaraq keçirilməsinin yeniyetmələr arasında hərbi vətənpərvərlik hissinin güclənməsində mühüm rol oynadığını qeyd etdi. Sonra çıxış üçün söz millət vəkilləri S.Vəliyeva, R.İsabəyov və bir sıra icra nümayəndələrinə verildi. Yarışa qiymət vermək üçün münsiflər C.Naxçıvanski adına hərbi liseyin yüksək rütbəli zabitlərindən təşkil olunmuşdu. Yarışma ilk öncə 3 mərhələdə (sıra hazırlığı, təntənəli keçid, mahnı ilə keçid, sıra elementləri ) münsiflərə təqdim edildi. Sonrakı mərhələdə isə qızların tibbi hazirlığı, estafet qaçışı, maniələrin dəfi,tirdə güllə atmaq,mülki mudafiənin komandalarını yerinə yetirmək,avtomati söküb yiğmaq,darağa patronların yığıb boşaldılması və bir sıra maniələrdən keçdilər.Məktəbimizin şagirdləri də bütün mərhələlərdə fəal iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi