“Uşaq Hüquqları aylığı” çərçivəsində "Dəyirmi masa" keçirildi
08.11.2016-cı il tarixdə məktəbdə “Uşaq Hüquqları aylığı” çərçivəsində "Dəyirmi masa" keçirilmişdi. "Dəyirmi masa"da məktəbimizin IX- XI sinif şagirdləri, tarix müəllimi Elnura Paşayeva, dil - ədəbiyyat müəllimi Rəfiqə İbrahimova və Rəfiqə Qurbanova iştirak edirdi.Tədbiri çıxış sözü ilə tarix müəllimi Elnurə Paşayeva açdi. O, çıxışında Uşaq Hüququ Konvensiyasından bəhs edərək bildirdi ki, hər il noyabr ayında ildönümünü qeyd etdiyimiz BMT-nin Uşaq Hüquqları Konvensiyası mükəmməl beynəlxalq sənəd kimi dəyərli və əvəzsizdir. Gələcəyin yaradıcıları sayılan bugünkü uşaqların hüquqlarının qorunması ən ümdə məsələlərdən biridir və böyük əhəmiyyət daşıyır. Daha sonra şagirdlər də Uşaq Hüquqları Konvensiyası haqqında öz fikirlərini söylədilər.