18 OKTYABR AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR
Bu gün məktəbdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Leyla Məmmədova , müəllim kollektivi və şagirdlər iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbirdə dövlət müstəqilliyimizin tarixinə nəzər salınaraq, ölkəmizin müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar vurğulandı.Məktəbin direktoru bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, xoş arzularını çatdırdı. O,öz çıxışında vurğuladı ki, Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 25 illiyini böyük sevinc və qürur hissi ilə qeyd edir.Sonra tədbir şagirdlərin ifasında şeirler ve mahnılarin seslənməsi ilə davam etdi.