BİLİK GÜNÜ
15 sentyabr - Azərbaycanda "Bilik Günü" kimi qeyd edilir.Bilik günü-ilk zəng,ilk həyəcan,hər tərəfdə gül-çiçək və ağ lentlər və təbii ki,adəti üzrə,sülh,birlik haqqında dərslər.Bu gün,məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. 15 sentyabr-ilk öncə şagirdlər,tələbələr,müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür .Adəti üzrə bu gün,məktəblərdə dərs ilinin başlanmasına həsr olunmuş təntənəli mərasimlər keçirilir.Xüsusi qayğı və məmnuniyyətlə,təntənəli şəkildə birinciləri qarşılayırlar. Bizim məktəbdə bugünkü günə xususi hazırlaşıb.Hamıdan çox sevinən isə birincilərimizdir.Onların üzündəki,gülüşü,təbbəsümü,həyəcanı,sevinci heç nə ilə əvəz etmək mümkün deyil.Məktəbimizin direktoru Leyla Məmmədova da birincilərimizi təbrik etdi ,dərslərində müvəffəqiyyətlər arzuladı. 15 sentyabr bütün şagird və tələbələr və həmçinin onların valideynləri üçün bayram günüdür.Məktəbin kollektivi də məktəbə başlayan birinciləri,eləcə də bütün şagird və tələbələri,onların valideynlərini bu gözəl bayram münasibətilə təbrik etdi və onlara tədris müəssisələrində öyrədilənlərlə yanaşı,həyatın öyrətdiyi kamillik elminə də yiyələnmələrini arzuladılar.