Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda tədbir keçirildi

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı.İlk öncə tədirdə Ulu öndər Heydər Əliyev və şəhidlərin xatiresini bir deqiqe sükutla yad edildi.Sonra tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Leylaxanim Məmmədova bildirdi ki,ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir: “Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Ulu Öndərin siyasi arenada rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı. Onun həyat və fəaliyyəti tarix üçün bir nümunədir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı miras qoyub getdi, dövlətimizi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdı”.Çıxışdan sonra şagirdlərin ifasında şeirler səsləndi,mahnılar oxundu ,rəqslər edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi