“Valideynin Məktəbdə bir günü”tədbiri

Oktyabrın 18-ində  “Valideynin Məktəbdə bir günü ”adlı tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd valideynləri məktəbimiz ilə yaxından tanış etmək, həmçinin pedoqoji heyət ilə ünsiyyət qurmağı təmin etməkdi. Rəsmi açılış valideynlərin tədbirin gündəliyi ilə sonuclandı və proqrama uyğun olaraq valideylərin məktəb mühiti ilə tanışlığı başlandı. Onlar ilk öncə məktəb kitabxanası, yeməkxanası, sinif otaqları, kimya, fizika, hərbi hazırlıq kabineti, labarotoriyalarla yaxından tanış oldular. Sonra məktəb bağçası və idman meydançası nəzərdən keçirildi. Tədbirin tədris aparılan günə təsadüf etməsi valideynlərə tədris prosesini izləmək şansı verdi.Uşaqların əl işlərinin nümayişi isə tədbirə xüsusi rövnəq verdi. Daha sonra valideynlər akt zalında toplandı. Məktəbin direktoru Leylaxanım Məmmədova, tərbiyə işləri üzrə Nailə Səmədova, məktəbin valideyn komitəsi sədri Nailə Şəfiyeva valideynlərlə söhbət etdi öz sözlərini valideynlərə çatdırdı, valideynlərə məsləhətlərini bildirdilər.

                Valideynlərə öz övladlarının iştirakı ilə məhz onlar üçün hazırlanmış konsert proqramı təqdim edildi. Məktəbin valideyn komitəsinin sədri Nailə  Şəfiyeva valideynlər adından müəllim kollektivinə öz dərin təşəkkürünü bildirdi və övladlarının etibarlı əllərdə olduğunu bir daha təsdiqlədi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi