ŞAGİRLƏR DÖVLƏT BAYRAQ MUZEYİNDƏ

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa , elinə və obasına hörmət,soykökünə ,öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki,vətənpərvərlik insanda fədakarlıq , qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır.Apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir.,Məktəbimizdə şagirdlər arasında vətənpervərlik hissini daha da gücləndirmək məqsədi ilə 6”a” sinif şagirlərini dövlət rəmzlərini daha yaxşı bilməsi üçün Dövlət Bayraq Muzeyinə ekskursiya təşkil etdik.Sonda şagirdlər Dövlət Bayraq Meydanında hazırladıqları şüarları səsləndirdilər və xatirə şəkilləri çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi