"AZƏRBAYCAN TARİXİ DƏRSİ - VƏTƏNDAŞLIQ DƏRSİDİR" MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ
Aprel ayının 14 –dü məktəbin kitabxanasında “Azərbaycan tarixi dərsləri -vətəndaşlıq dərsidir” mövzusunda dəyirmi masa təşkil edildi. Dəyirmi masada məktəbin tarix müəllimləri Paşayeva Elnurə,Süleymanova Yazgül,Azərbaycan dili və ədəbiyyat müəllimi Talıbova Rəfiqə , məktəbin tərbiyə işləri üzrə direktor müavini Səmədova Nailə və məktəbin şagirdləri iştirak edirdi. Paşayeva Elnurə dəyirmi masanı çıxış sözü ilə açaraq Azərbaycan torpaqlarında qədim insan məskənlərindən başlayaraq Azərbaycanın müasir dövrünə qədər çıxış etdi.Gülüstan və Türkmənçay müqavilələrindən , Azərbaycana qarşı olan Rusiyanın müstəmləkəçilik siyasətindən, müstəqil Azərbaycanımızın daxili və xarici siyasətindən danışdı. Sonra şagirdlərin fəal iştirakı ilə deyirmi masa diskusiya şəklində davam etdi.