Narkomaniyaya son deyək
Oktyabrın 25-də məktəbdə "Narkomaniyaya son deyək "adlı tədbir keçirilmişdi.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti və Hüquq Muhafizə orqanlarının nümayəndələri iştirak etmişlər.Polis əməkdaşı Tağıyev Anar, narkomaniya barəsində ətraflı danışmış,şagirdlərə maarifləndirici məlumatlar vermişdir. Din xadimi,ağsaqqallar şurasının sədri və məktəb heyəti tədbirdə fəal iştirak etmişdi.Tədbirin sonunda video çarxlar göstərilmişdi. Narkomiyaya aid şəkil müsabiqəsində qalib gələn şagirdlər sertifikatlarla təltif olunmuşlar.