Kiçik Akademiya

Nəsimi rayonu üzrə "Kiçik Akademiya"ların təqdimatı.23.05.2023 tarixdə Nəsimi rayonu üzrə "Kiçik Akademiya" ların təqdimatlarının final turu keçirildi. Keçirilmiş mərhələdə 20 məktəb arasından 6 məktəb seçilmişdir. Seçilmiş məktəblər arasında Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin 10a sinif şagirdi Ağakişiyeva Gülnurun "Yapon çötkəsi təhsildə" təqdimatı da yer almışdır. Məktəbin uğuru münasibətilə Kiçik Akademiyanın rəhbəri Babayeva Lalə xanımı təbrik edirik.

Ətraflı

Məktəbdaxili "Kiçik Akademiya"ların təqdimatı.12.05.2023 tarixində Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə "Kiçik akademiya"ların məktəbdaxili təqdimat mərhələsi keçirildi. Kimya, fizika, təlim dili, riyaziyyat fənləri üzrə pedaqoji heyətdən ibarət münsiflər şagird təqdimatlarını dinləyərək rəylərini dəyirmi masa arxasında müzakirə etdilər.

Ətraflı

Pifaqor üçlüklərində qanunauyğunluqlar.Pifaqor üçlüklərinə aid qaydalar: 1. Düzbucaqlı üçbucağın bütün tərəfləri cüt ola bilər. 2. Düzbucaqlı üçbucağın katetlərindən yalnız biri tək ola bilər. 3. Düzbucaqlı üçbucağın bütün tərəfləri tək ola bilməz. 4. Düzbucaqlı üçbucağın bütün tərəfləri sadə ədəd ola bilməz. Verilənin tək və ya cüt olmasına görə qanunauyğunluq. Verilənin ən kiçik katet olması və a≥3 olmaq şərtilə; Tək ədəd olduqda, Digər katet: (a^2-1)/2 Hipotenuz:(a^2+1)/2, Cüt ədəd olduqda, Digər katet:(a/2)^2-1 Hipotenuz:(a/2)^2+1 düsturu ilə hesablanır. Sadə ədədlər və Pifaqor üçlükləri arasındakı qanunauyğunluq. Ən kiçik katetin uzunluğunun kvadratı digər katet və hipotenuzun ardıcıl ədədlər olmaq şərtilə, bu tərəflərin cəminə bərabərdir: 5, 12, 13 Pifaqor üçlüklərində 25=12+12.

Ətraflı

Məktəbimizdə " Səndə vardır başqa lətafət, Şuşa !-270 və Xurşidbanu Natəvan 190 illiyinə "həsr olunmuş tədbir keçirilmişdirMəktəbimizdə Kiçik Akademiya üzvlərinin də iştirakı ilə " Səndə vardır başqa lətafət, Şuşa !-270 və Xurşidbanu Natəvan 190 illiyinə "həsr olunmuş tədbir keçirilmişdir. Akademiya üzvləri qurulmuş səhnəciklərdə müxtəlif obrazları canlandırmış, şeirlər səsləndirmiş, rəqslər ifa etmişlər. Rəhbərlik və tədbirin fəxri qonaqları şagirdlərin aktiv iştirakından çox məmnun qalmış, onlara uğurlar arzulamışlar.

Ətraflı

"Şuşa ili " ilə əlaqədar Nəsimi rayon məktəbliləri arasında intellektual yarışMartın 15-də "Şuşa ili " ilə əlaqədar Nəsimi rayon məktəbliləri arasında intellektual bilik yarışı keçirilmişdir.Yarışda məktəbimizin yuxarı sinif şagidləri də iştirak etmişlər.

Ətraflı

9-cu sinif şagirdi Ağakişiyeva Gülnurun Kiçik Akademiyada müdafiə işinin müzakirəsiMartın 1-də Kiçik Akademiyanın üzvü , 9 -cu sinif sagirdi Ağakişiyeva Gülnurun "Azərbaycan Ədəbiyyatında vodevil janrı " mövzusunda müdafiə işinin ilkin müzakirəsi keçirildi.Müzakirədə Akademiyanın eyni zamanda A.Gülnurun elmi rəhbəri Şəfəq Məmmədova, məktəbin direktor müavini Aygün Məlikova, Uşaq Birliyi Təşkilatı Rəhbəri Hümbətova Vüsalə, Azərbaycan dili və Ədəbiyyatı müəllimi Şəfəq Tağıyeva və Kiçik Akademiyanln üzvləri iştirak etdilər. A. Gülnur müdafiə işi haqqında geniş məlumat verdi.

Ətraflı

Məktəbimizin fəxrləri Martın 3-də İdman həftəsi olaraq məktəb kitabxanasında dəyirmi masa təşkil olunmuşdur .Dəyirmi masada Kiçik Akademiyanın rəhbər və üzvləri , məktəbin direktoru Elida Rzayeva və məktəbimizin idmançıları iştirak etmişlər. Onlar əldə etdikləri nailiyyətlərdən danışmış ,gələcəkdə Azərbaycanımızın adını yüksəltməyə söz vermişlər. Məktəbin direktoru onlara  uğurlar arzulamışdır.

Ətraflı

Məktəbimizdə olimpiada təşkil olunmuşdurMəktəbimizdə yuxarı sinif şagirdləri arasında fənn olimpiadasının məktəb turu təşkil edilmişdir. Kimya , Azərbaycan dili və Ədəbiyyat , Coğrafiya , Riyaziyyat fənləri üzrə olimpiadada yüksək nəticə göstərən şagirdlər rayon turunda iştirak etmək şansı qazanmışlar.

Ətraflı

Kiçik akademiyaKiçik akademiya

Ətraflı

Kiçik Akademiya üzvləri ilə görüş keçirildi    Məktəbdə Kiçik Akademiya üzvləri ilə Polşa Respublikasından qonaq gəlmiş Mateusz Novo ilə görüş keçirilmişdir. Təşkil olunmuş tədbirdə əsas mövzu Avropa İttifaqı ilə Azərbaycan Respublikasının əməkdaşlığı, Polşa Respublikasının dünyanın müasir siyasi xəritəsindəki mövqeyi, Polşa - Azərbaycan əlaqələri,Azərbaycanın Avropaya inteqrasiyası həqqında dəyirmi masa keçirilmişdir.Tədbirə dəvət edilmiş qonaq tərəfindən ilk öncə xüsusi hazırlanmış prezentasiya təqdim olunmuş, daha sonra Akademiya üzvləri müzakirə olunan mövzular əsasında qonağa suallar verərək fikir mübadiləsi aparmışdırlar.

Ətraflı

12 Aprel Kosmonovtika günü qeyd olundu Aprelin 12-də məktəbdə yuxarı sinif şagirdləri arasında Beynəlxalq Kosmonovtika gününə həsr olunmuş tədbir keçirilmişdi.Tədbirdə ilk kosmonovt Yuri Qaqarin haqqında slayd göstərilmiş,mart ayında onun 85 illiyi qeyd olunduğu vürğulanmışdır.Müəllim və şagirdlər kosmos haqqında öz fikirlərini söyləmiş,referat yazılar yazmış,kosmosu fəth edən ilk qadın Kosmonavt Valentina Tereşkova haqqında da maraqlı söhbətlər etmişlər.Mövzuya uyğun kitab,foto,rəsm,uşaqların əl işlərindən ibarət sərgilər nümayiş etdirilmişdi.

Ətraflı

Mart ayında məktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın coğrafiyaçılarının təqdimatı olduMəktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın coğrafiyaçıları "Abşeronun ekoloji problemləri və bu problemlərin həlli yolları"adlı elmi araşdırmalarını təqdimat etdilər.Təqdimatda məktəbin direktoru Rzayeva Elida,direktor müavini Günəşova Fərəh və fənn müəllimləri Babayev Sadiq,Həziyeva Qəmər,Quliyeva Elnarə iştirak etmişdirlər.Tədbirdə 9 "A" sinif şagirdi Allahverdiyev Anar "Abşeronun ekoloji və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında zeytun ağacının rolu "adı altında tədqiqat işləri təqdim olundu.Şagirdlər təqdimatlarında fənn müəllimlərinin tövsiyələrini dinlədiklərini,birgə əməlkdaşlıq nəticəsində araşdırma apardıqlarını bildirdilər.Sonra müzakirələr başlayaraq "Kiçik Akademiya"nın üzvləri suallarla müraciət etdilər.Təqdimatçılar verilən sualları cavablandırdılar.Şagirdlərin çıxışından sonra məktəbin direktoru Rzayeva Elida,direktor müavini Günəşova Fərəh şagirdlərə kiçik elmi axtarışlarında müvəffəqiyyətlər arzulayıb,onlara öz tövsiyələrini verdilər.

Ətraflı

Məktəbimizdə "Kiçik Akademiya"fəaliyyətə başlayıbN.Axundov adına 1 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" fevralın 20-də yaradılmışdır."Kiçik Akademiya"nın prezidenti məktəbin coğrafiya metodbirləşməsinin sədri Babayev Sadiq seçilərək təyin edilmişdir.Təhsilimizdə uğurlu inkişafa nail olmaq üçün yaradılmış "Kiçik akademiya"da şagirdlərin fənn müəllimləri və müvafiq fənnlər üzrə elmi araşdırmalar aparan mütəxəssis və alimlərlə görüşlərin təşkili nəzərdə tutulmuşdur.Bu fəaliyyətin şagirdlərin dünyagörüşünün və elmi yaradıcılığa marağının artırılmasına,onların tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinə,gələcəkdə ixtisas seçimlərini düzgün müəyyənləşdirilmələrinə köməklik edəcəkdir.

Ətraflı

"Kiçik Akademiya"Haqqında Əsasnamə Ümumi Müddəlar1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. 1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər. 1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir. 1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər. II. KA-nın məqsəd və vəzifələri 2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır: 2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək. 2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. III. KA-nın üzvləri Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər. IV. KA-nın üzvlərinin hüquq və vəzifələri 4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək. 4.2. KA-nın üzvlərinin vəzifələri: 4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək 4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək. 4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək. V. KA-nın strukturu və fəaliyyət istiqamətləri 5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur. 5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. 5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir. 5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər. 5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. 5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir. 5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir. 5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır. 5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir. 5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır. 5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur: 5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili. 5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi. 5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması. 5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması. 5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili. 5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik daşıyır və ona hesabat verir. 5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 5.14. RKA-nın funksiyalarında daxildir: 5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək. 5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək. 5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək. 5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq. 5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək. 5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək. VI. KA-nın təsis olunması 6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur. 6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər. 6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir. 6.4. KA təşkil edildiyi səviyyədən asılı olaraq məktəb pedaqoji şurasının, rayon təhsil şöbəsinin təhsil şurasının, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv edilir. VII. KA-nın idarəetmə orqanları 7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur. 7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir. 7.3. KA-nın Şurası: 7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir. 7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir. 7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. 7.3.4. Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. 7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır. 7.3.6. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur. XƏBƏR LENTİ “KİÇİK AKADEMİYA”NIN AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT, BİOLOGİY... 2017-2018 –CI TƏDRIS ILINDƏ "KİÇİK AKADEMİYA"NIN İLK TƏQD... MƏKTƏBDƏ "KİÇİK AKADEMİYA" ÜZVLƏRI ARAŞDIRMALARINI TƏQDIM ... “Kiçik Akademiya”nın riyaziyyatçılarının təqdimatı oldu "KİÇİK AKADEMİYA" NIN ÜZVLƏRI ELMLƏR AKADEMIYASINDA OLUBLAR “KİÇİK AKADEMİYA” ÜZVLƏRİ MÜSABİQƏDƏ Kiçik Akademiyanın üzvləri “Qiraətçi “ verilişində iştirak... “Kiçik Akademiya”nın fənlər üzrə təqdimatı keçirilib. “ KİÇİK AKADEMİYA” ÜZVLƏRININ NÖVBƏTI TƏQDIMATI KEÇİRİL... Məktəbimizdə "Kiçik Akademiya" yaradılıb

Ətraflı
HAQQIMIZDA

   Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin binası1897-ci ildə inşa edilmiş və II özəl Bakı Qızlar Gimnaziyası bu binada yerləşmişdir. Bu gimnaziya 1917-ci ilə kimi f...

BİZİM FƏXRLƏRİMİZ

Alika Ağamoğlanova Aslan

Qulamov Ali Samir

HAQQIMIZDA

   Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin binası1897-ci ildə inşa edilmiş və II özəl Bakı Qızlar Gimnaziyası bu binada yerləşmişdir. Bu gimnaziya 1917-ci ilə kimi f...

BİZİM FƏXRLƏRİMİZ

Alika Ağamoğlanova Aslan

Qulamov Ali Samir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi