Mart ayında məktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın coğrafiyaçılarının təqdimatı oldu

Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın coğrafiyaçıları "Abşeronun ekoloji problemləri və bu problemlərin həlli yolları"adlı elmi araşdırmalarını təqdimat etdilər.Təqdimatda məktəbin direktoru Rzayeva Elida,direktor müavini Günəşova Fərəh və fənn müəllimləri Babayev Sadiq,Həziyeva Qəmər,Quliyeva Elnarə iştirak etmişdirlər.Tədbirdə 9 "A" sinif şagirdi Allahverdiyev Anar "Abşeronun ekoloji və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında zeytun ağacının rolu "adı altında tədqiqat işləri təqdim olundu.Şagirdlər təqdimatlarında fənn müəllimlərinin tövsiyələrini dinlədiklərini,birgə əməlkdaşlıq nəticəsində araşdırma apardıqlarını bildirdilər.Sonra müzakirələr başlayaraq "Kiçik Akademiya"nın üzvləri suallarla müraciət etdilər.Təqdimatçılar verilən sualları cavablandırdılar.Şagirdlərin çıxışından sonra məktəbin direktoru Rzayeva Elida,direktor müavini Günəşova Fərəh şagirdlərə kiçik elmi axtarışlarında müvəffəqiyyətlər arzulayıb,onlara öz tövsiyələrini verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi