Kiçik Akademiya üzvləri ilə görüş keçirildi
Məktəbdə Kiçik Akademiya üzvləri ilə Polşa Respublikasından qonaq gəlmiş Mateusz Novo ilə görüş keçirilmişdir. Təşkil olunmuş tədbirdə əsas mövzu Avropa İttifaqı ilə Azərbaycan Respublikasının əməkdaşlığı, Polşa Respublikasının dünyanın müasir siyasi xəritəsindəki mövqeyi, Polşa - Azərbaycan əlaqələri,Azərbaycanın Avropaya inteqrasiyası həqqında dəyirmi masa keçirilmişdir.Tədbirə dəvət edilmiş qonaq tərəfindən ilk öncə xüsusi hazırlanmış prezentasiya təqdim olunmuş, daha sonra Akademiya üzvləri müzakirə olunan mövzular əsasında qonağa suallar verərək fikir mübadiləsi aparmışdırlar.