HAQQIMIZDA

   Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin binası1897-ci ildə inşa edilmiş və II özəl Bakı Qızlar Gimnaziyası bu binada yerləşmişdir. Bu gimnaziya 1917-ci ilə kimi fəaliyyət göstərmişdir. Məktəb 15 dekabr 1921-ci ildə rəsmi olaraq ilk Azərbaycan Hərbi Gimnaziya məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır.1924-cü ildə isə gimnaziya yeni adla Zaqafqaziya Hərbi Hazırlıq məktəbi kimi fəaliyyət göstərmişdir. 1941-1945 ci illərdə isə məktəbin binasında hərbi hospital kimi fəaliyyət göstərmişdir. 1953-cü ildən bu günə kimi orta məktəb olaraq fəaliyyət göstərir.1960-cı illərin axırlarında məktəbə Böyük Vətən müharibəsi illərində həlak olmuş, məktəbin zabiti olan Namiq Axundovun adı verilmişdir. Məktəb 2012-ci ildə əsaslı təmir olunmuşdur. Hal-hazırda 30 sinif otağı, 3 laboratoriya, 2 informatika kabineti və əlamətdar günlərin qeyd edilməsi, ədəbi-bədii gecələrin təşkili üçün nəzərdə tutulmuş böyük, geniş akt zalı mövcuddur. Məktəbin pedaqoji kollektivi 75 nəfərdən ibarətdir. Onlardan 73-ü ali təhsilli, 2-si orta ixtisas təhsilli müəllimlərdir. Məktəbdə 35 sinif üzrə 973 şagird təhsil alır. Məktəbdə tədris Azərbaycan və rus dillərində birnövbəli sistemlə aparılır və 5 günlük iş rejimi üzrə fəaliyyət göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi