Məktəbdə "Son Zəng" tədbiri keçirildi

   İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirildi. Məktəbdə keçirilən “Son zəng” tədbirində Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nizami müəllim ,müəllim-şagird kollektivi, valideynlər iştirak etmişdir.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Hümbətova Vüsalə məzunlara gələcək həyatında uğurlar arzulamışdır. Çıxış edən məktəbin direktoru Elida Rzayeva məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulamış, Təlim Tərbiyə işləri üzrə direktor müavini Oksana Əliyeva 2024-2025-ci tədris ilinin uğurlarından söz açaraq və son illərdə ölkə ərazisində yeni məktəblərin tikildiyini, həmçinin əksər təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, məktəblərdə maddi-texniki bazanın  gücləndirildiyini qeyd etmişdir.Məktəbin kitabxana müdiri Useynova Zenfira məzunlara uğurlar arzulamışdır .Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını bildiriblər.Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilmişdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi