Təhsilin əsas məqsədi, uşaqların öz bacarıqlarını kəşf etməsinə kömək etməkdir

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün bütün dünyada uşaq hüquqlarının qorunması, onların sağlam, təhlükəsiz bir mühitdə böyüməsi üçün bu gün bayram kimi qeyd olunur. 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən bu günün qeyd olunması qərara alınıb.Eyni zamanda uşaqların hüquqlarının qorunmasına diqqəti yönəltmək üçün əhəmiyyətli bir gündür. Bu gün uşaqların təhsil, sağlamlıq, istirahət, əyləncə və digər hüquqlarının təmin edilməsi ilə bağlı tədbirlərin görülməsinə dair daim dövlət tərəfindən dəsdək verilir.
Mayın 30 -da məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri H.Vüsalə, Təşkilatçı Məlikova Aygün ibtidai və yuxarı siniflər ilə birgə "Uşaqlar bizim gələcəyimizdir" adı altında tədbirlər keçirmişdir. Ayrı -ayrı ibtidai siniflərdə şagirdlər rəsm işləri nümayiş etdirmiş, xammal materialdan hazırlanmış gips qabları rəngləmişlər. Onlar eyni zamanda mahnılar ifa etmiş, cizgi film qəhrəmanlarına aid səhnəciklər göstərmişlər.