Zəfərin mübarək Azərbaycan !

Məktəbin 5 "C" sinfinin sinif rəhbəri Quliyeva Elnarə, Uşaq Birliyi Təşkilatı Rəhbəri Hümbətova Vüsalə və şagirdlər Zəfər parkına ekskursiya təşkil etdilər. Zəfər parkında -.şəhərə gedən iki yolun kəsişməsində Zəfər Tağı yerləşir. Müasir üslubda inşa edilən tağ əzəmətliliyi ilə göz oxşayır. Simvolik olaraq tağın hündürlüyü 44 metr, sütunlarının da sayı 44-dür. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi inşa edilmişdir. Abidə müasir üslubda inşa edilməklə yanaşı çox əzəmətlidir. Parkda bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi qalacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.