“Soyqırım nədir ?”
30.03.2016-cı il tarixində İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbir keçirilmişdir. Bu tədbirdə tərbiyə işləri üzrə direktor müavini Məlikova Aygün , hərbi rəhbər Abdullayev Məclum və 10-11-ci sinif şagirdləri iştirak etmişlər. 31.03.2016-cı il tarixində məktəbdə ilk dərslər 31 Mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş , tədbirlər keçirilmişdir. Kitabxanada “Soyqırım nədir ?” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Tədbirin təşkilatçıları direktor müavini Məlikova Aygün və kitabxana müdiri Üseynova Zemfira məktəbdə 31 Mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir təşkil etmiş və mövzu ilə əlaqədar məlumat vermişlər. Tarix müəllimi Cəfərova Leyla, Məmmədbəyova Leyla mövzunu daha da hərtərəfli izah etmişdir. Slaydda soyqırım daha geniş işıqlandımışdır. Şagirdlər mövzu ilə bağlı referat yazılar yazmış, dəyirmi masada səsləndirilən sualları cavablandırmışlar. Mövzu ilə bağlı rəsm işləri də nümayiş etdirilmişdir. Kitabxanada soyqırımı əks etdirən kitab, foto, məlumat sərgisi təşkil olunmuşdur. Belə tədbirlərin keçirilməsi müəllim və şagirdlərdə vətənpərvərlik ruhunu daha da yüksəldir.