Milli Elmlər Akademiyasının 70 illik yubileyi
Martın 11-də Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə əlaqədar məktəbimizin müəllim və şagird kollektivi elmi nailiyyətləri əks etdirən sərgidə olmuşdur. Sərgidə müxtəlif elm sahələrinə aid yeni nəşr olunmuş kitablar və mövzuya uyğun video slaydlar nümayiş etdirilmişdir. Şagirdlər hansı mövzu ilə maraqlanırlarsa, həmin guşəyə yaxınlaşıb ətraflı məlumatlar əldə etmişlər. Tarix, riyaziyyat və informatikaya aid guşələr müəllimlərin diqqətindən yayınmamışdır. Tədbirdə M.Mərdanov da yeni fikirləri ilə çıxış etmiş, elmin müxtəlif sahələrində aparılan nailiyyətlərdən söhbət açmışdır. Sərginin bədii hissəsində ifaçılıq məharətini nümayiş etdirmişlər. Belə sərgilərin təşkili həm yeni kitabların nəşrinə, həm də şagird və müəlimlərdə maarifləndirici xüsusiyyətlərin inkişafına köməklik edir.