“Ölüm var ölüm kimi, ölüm var zülm kimi”
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar məktəbdə fevral ayından başlayaraq müxtəlif tədbirlər keçirilmişdir. “Tarixin qan yaddaşı” adlı rəsm sərgisi məktəb kollektivinə nümayiş etdirilmişdir. Şagirdlər mövzuya uyğun referat yazılar yazmışlar. Kitabxanada mövzunu əks etdirən kitab-foto məlumat guşəsi tərtib edilmişdir. Kitabxana müdiri Useynova Zemfira və Məlikova Aygün tarixdə baş verən soyqırımları haqqında öz fikirlərini də söyləmişlər. 25.02.2016-cı il tarixində “Ölüm var ölüm kimi, ölüm var zülm kimi” adlı bədii kompozisiya keçirilmişdir. Kompozisiyada mövzuya aid bayatılar, vətənlə bağlı şeirlər səslənmişdir. Dəyimir masada tarix müəllimi Həsənov Çingiz, Cəfərova Leyla soyqırımdan ətraflı məlumat vermişlər. İngilis dili müəllimi Salayeva Ruqiyyə şagirdləri ilə birlikdə ingilis dilində kompozisiya hazırlanmışdır. Soyqırımı əks etdirən video slayd 8-ci sinif şagirdi Kələntərli Səbinə tərəfindən hazırlanmışdır. Müğənni A.Ağayevin ifasında “Halımı sorma” mahnısı bütün tədbir boyu səslənmişdir. Kitabxanada Xocalıda aid filmlər nümayiş etdirilmişdir. 24.02.2016-cı il tarixində İcra Hakimiyyətinin təşəbbüsü ilə və Sarabski adına Mədəniyyət sarayının əməkdaşları ilə birgə məktəbimizdə “Xocalı harayı” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə icra başçısı Asif Əsgərov iştirak etmiş, öz çıxışında soyqırımını kəskin pisləmişdir. 26.02.2016-cı il tarixində müəllim kollektivi “Ana harayı” abidəsi önünə əkli qoymuşlar. Mövzu ilə bağlı 26.02.2016-cı il tarixində 1-ci dərslər soyqırıma həsr olunmuşdur. Məktəbin foyesində stendlər, divar qəzetləri qurulmuş , matəm kompozisiyası qərənfilərlə bəzədilmişdir. Məktəbin müəllim və şagird kollektivi Şəhidlər xiyabanına və abidə önünə gedib ziyarət etmişlər.