“20 Yanvar faciəsi”nin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbir

06-19 yanvar 2015-ci il tarixindən başlayaraq məktəbdə 20 Yanvar faciəsinin 25 illiyinə həsr olunmuş tədbirlər müxtəlif istiqamətlərdə keçirilmişdir. “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı dəyirmi masa təşkil olunmuşdur. Müəllimlər mövzunu ətraflı izah etmiş, bu günün şahidləri faciədən söhbət açmışlar. Şagirdlər mövzuya uyğun referat yazılar, çıxışlar və divar qəzetləri hazırlamışlar. Mövzu ilə əlaqədar “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı inşa yazılar yazılmışdır. ”Bu bizim qan yaddaşımızdır!” adlı rəsm, foto sərgisi və “Torpaq varsa, Vətən var!” adlı slayd nümayiş etdirilmişdir. “Ana fəryadı” adlı ədəbi-bədii kompozisiya şagirdlərin ifasında dərin kədərlə səslənmişdir. Kitabxanada “O müdhiş gecə” adlı məlumat və kitab sərgisi nümayiş etdirilmişdir. 19 yanvar 2015-ci il tarixində 20 Yanvar faciəsinə həsr olunmuş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tarix müəllimi Ç.Həsənov mövzuya aid açıq dərs keçirmişdir. 20 Yanvar xatirəsini yad etmək məqsədi ilə Nizami kinoteatrında sənədli filmin nümayişində müəllimlərimiz və şagirdlərimiz iştirak etmişlər . Şəhidlər xiyabanına ziyarət təşkil olunmuşdur
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi