Bizdə şeir də var,sənət də vardır,şairə,sənətə hörmət də vardır.
Yanvarın 23-də məktəbdə "Mütaliə vərdişlərinin təkilləşdirilməsi və mədəniyyətin formalaşdırılması "ilə bağlı müəllim-şagird oxucu konfransı keçirilmişdir.Konfransda görkəmli mütəfəkkir C.Məmmədquluzadənin ,tanınmış yazıçı-dramaturq Ə.Haqverdiyevin və Xalq rəssamı Ə.Əzimzadənin həyat və yaradıcılıqıarından söhbət açılmışdır.Ədiblərin kiçik hekayələri şagidlər tərəfindən müzakirə edilmişdir.2019-cu ildə C.Məmmədquluzadənin 150-illik yubileyi ilə bağlı slaytlar,videoçarxlar,kitab sərgiləri də nümayiş etdirilmişdir.Tədbirdə Baş Təhsil İdarəsinin İnspektoru Əsgərov Fuad,İnkişaf Layihəsi sektorunun nümyəndəsi Ağalarova Səkinə ,C.Məmmədquluzadənin ev muzeyinin əməkdaşı Məmmədova Yeganə,F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və Elmi- Pedoqoji Kitabxananın əməkdaşları da iştirak etmişlər.