Məktəbdə "Naviqator layihəsi" əsasında tədbir keçirilib

14.01.2016-cı il tarixində məktəbdə Naviqator layihəsi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən tədbir müəllim və şagirdlərin diqqətini cəlb edə bilmişdir. Layihənin məqsədi bir neçə istiqamətdən ibarətdir. Əsas məsələ ixtisas seçiminin düzgün təyin edilməsində şagirdlərə tövsiyə xarakterli məlumatların verilməsidir. Bu layihənin əsasında Azərbaycanda fəaliyyət göstərən universitetlərlə də yaxından tanış olmaq olar. Naviqator layihəsindən Bakı şəhərinin müxtəlif orta məktəblərində təhsil alan 14-18 yaş arası 250 gənc faydalanacaqdır. Layihənin məqsədi bu günün şagirdlərini gələcəyin professionalları kimi yetişdirməklə uğurlu gələcək üçün təhsilə və inkişafa dəstək verməkdir. Bu layihə ilə məktəbə müraciət edən Mustafayeva Tərlan Gənclər Fondunun könüllü əməkdaşıdır.Məktəbdə keçirilən tədbirdə fəal iştiraklarına görə Rəsulzadə Elgiz, Dadaşov Orxan və Muxtarova İradə 15.01.2016-cı il tarixində Aztv kanalındakı verilişə də dəvət almışlar. Onlar mövzu ilə əlaqədar verilən sualları cavablandırmışlar. Belə maarifləndirici tədbirlərin keçirilməsi yüksək tərbiyəvi əhəmiyyət daşıyır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi