“Bu bizim qəhrəmanlıq salnaməmizdir!”
2016- cı il tarixində 20 Yanvar faciəsini yad etmək məqsədi ilə məktəbdə müxtəlif istiqamətlərdə tədbirlər keçirilmişdir. “O müdhiş gecə” adlı referat və inşa yazılar yazılmışdır. Siniflərdə mövzunu əks etdirən əl işləri, rəsmlərdən ibarət sərgi nümayiş etdirilmişdir. Divar qəzetləri və stendlər məktəbin dəhlizində müəllim və şagird kollektivinin diqqətini cəlb etmişdir. 18 yanvar 2016-c il tarixində kitabxanada “Bu bizim qəhrəmanlıq salnaməmizdir!” adlı dəyirmi masa təşkil olunmuşdur.Tədbir 1dəqiqəlik sükutla başlamışdır. Tarix müəllimi Cəfərova Leyla mövzunu sual-cavab metoduna əsasən ətraflı izah etmişdir. Video layihədən istifadə edilmiş, dərin hüznlə şagirdlər şəhidləri yad etmişlər. Mövzunu ingilis dili müəllimi Salayeva Ruqiyyə ingilis dilində də canlandırmış, şagirdlər suallara ingilis dilində cavab vermişlər. Kitabxanada “Heç kim unudulmur” adlı guşə, kitab – məlumat , rəsm sərgisi nümayiş etdirilmişdir. Bədii hissədə B.Vahabzadənin “Şəhidlər”, N.Xəzrinin Salatın Əsgərovaya həsr edilmiş “Rekviyem” adlı şeirləri söylənilmişdir. Tədbirdə Azərbaycan və rus bölməsinin 9-11-ci sinif şagirdləri iştirak etmişlər. Tərbiyə işləri üzrə direktor müavini Məlikova Aygün belə tədbirin maarifləndirici xüsusiyyətlərindən , kitabxana müdiri Useynova Zenfira isə vətənpərvərlik ideyalarının aşılanmasından söhbət açmışlar. Məktəbin foyesi qərənfil yağışına qərq olunmaqla Şəhidlərimizə hörmət və ehtiram bildirilmiş , qərənfilin şəhid çiçəyi olmasından kədərlə məlumat verilmişdir. Xatirə günü ibtidai siniflərdə də yad edilmiş, şagirdlər öz fikirlərini rəsmlərlə söyləmişlər. 18 yanvar 2016-cı il tarixində 9-10-cu sinif şagirdləri Şəhidlər xiyabanını da ziyarət etmişlər. 19 yanvar 2016-ci il tarixində birinci dərs saatları 20 Yanvar faciəsinə həsr olunmuşdur.