Bəşəriyyət, sülh və uşaqlar

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq məktəb həyətində asfalt üzərində rəngarəng rəsmlərdən ibarət bayram şənliyi təşkil olunmuşdur. Şagirdlər öz arzu və fikirlərini rənglərlə bildirmiş, dünyada sülh hökmranlığını arzulamışlar. Tədbirin təşkilatçıları Useynova Zemfira , Məlikova Aygün və Quliyeva Aydan mövzu ətrafında  söhbətlər aparmış, informasiya guşəsi də təşkil etmişlər. Uşaqların şən əhval-ruhiyyəsi gülüşü və nəğmələri məktəb kollektivində sevinc yaratmışdır.

Mayın 31-i Gənc Tamaşaçılar Teatrında Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı təntənəli bayram şənliyi keçirilmişdir. Tədbirdə məktəbimizin 2“A” sinfi və sinif rəhbəri Abdullayeva Abayət birlikdə iştirak etmişlər. Bayram şənliyi uşaqlara xoş duyğular bəxş etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi