Azərbaycan Xalq Cümhuriyyət 100 il

Mayın 2-si məktəbimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Şərqin ilk Demokratik Respublikası” adlı ədəbi-bədii tədbir keçirilmişdir.Maarifləndirici və musiqili tədbir gələn qonaqların diqqətini cəlb etmişdir.Azərbaycanın bölgələrinə aid təşkil olunan sərgilər, kitab, fotoşəkil guşələri, Cümhuriyyət liderlərinin stendləri mövzunu tamamlayırdı.Tədbirdə ümumilli lider Heydər Əliyevin 95 illik yubileyinin qeyd olunması da vurğulanmışdır. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri – 1-ci müavin Verdiyeva Gülarə və müavin Tağıyev Anar iştirak etmişlər. Onlar tədbirin tərbiyəvi əhəmiyyətindən və mahiyyətindən söhbət açmış,məktəb kollektivinə öz təşəkkürlərini bildirmişlər.