31 Dekabr Dünya azərbaycanlılarının həmrəylik günü

31 Dekabr Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar məktəbdə mövzunu əhatə edən müxtəlif tədbirlər keçirilmişdir. Mövzu ilə bağlı referat yazılar yazılmışdır. Quliyeva A. , Kərimova R. “Milli dəyərlərimiz varımız, dövlətimizdir” , “Vətəni sevməyən insan olmaz” adlı slaydlar tərtib etmişlər. “Azərbaycanım !” adlı həm şeir kompozisiyası , həm də kitab –informasiya sərgisi keçirilmişdir. Kompozisiyada B.Vahabzadənin , S.Rüstəmin , T.Bayramın , N.Xəzrinin , X.Ulutürkün şeirləri səslənmişdir. 28.12.2015-ci il tarixində kitabxanada “Milli dəyərlərimizi unutmayaq” adlı dəyirmi masa keçirilmişdir. Həmrəylik gününün tarixi və siyasi məqamlarından tarix müəllimi L.Cəfərova, onun yaranma ideyalarından tarix müəllimi Ç.Həsənov məlumat vermişdir. Kitabxana müdiri Useynova Zemfira milli dəyərlərimizin qiymətləndirilməsindən danışmışdır. Kitabxanada milli dəyərlərimizi əks etdirən guşə müəllim və şagirdlər tərəfindən bəyənilmişdir. Tərbiyə işləri üzrə direktor müavini Məlikova Aygün hər il bu tədbirin məktəbdə qeyd edilməsindən , mövzu ilə bağlı açıq dərslərin keçirilməsindən də danışmışdır. Rəsm müəllimi Sadıxova R.”Yaşa Azərbaycanım!” adlı mövzu ilə bağlı rəsm sərgisi təşkil etmişdir. Tədbirlə bağlı Azərbaycan və rus bölməsinin 6- 11-ci sinif şagirdləri fəal iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi