"Beynəlxalq Tolerantlıq Günü”

“16 Noyabr Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş 3dekabr 2015-ci il tarixində məktəb kitabxanasında “Mən tolerantlığı necə başa düşürəm” adlı dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə tarix müəllimi Cəfərova Leyla mövzunu tam şəkildə şagirdlərə izah etmiş , sual-cavab formasında şagirdlərin fikrini yoxlamışdır. Cəfərova bildirmişdir ki, indiki dövrdə məhz bu prinsipə riayət etmək lazımdır. Dəyirmi masada 9-cu siniflər iştirak etmiş, mövzuya uyğun məntiqli referat yazı hazırlamışlar. Mövzunu daha ətraflı izah etmək məqsədi ilə müəllimə multikulturalizm məsələsinə də toxunmuşdur. O izah etmişdir ki, mədəniyyətin paralel şəkildə inkişaf etdirilməsi və dünya xalqlarının mədəniyyətinə tolerantlıq nümayiş etdirmək məqsədi ilə multikulturalizmi yaymaq mümkündür.Tədbirdə təşkilatçı Məlikova Aygün, kitabxana müdiri Useynova Zenfira iştirak etmiş , şagirdlərə mövzu ilə bağlı suallar vermiş və mövzuya bəzi əlavələr də etmişlər. Tədbirin sonunda şagirdlər mövzuları düzgün qiymətləndirə bilmiş, öz fikirlərini açıq söyləmişlər. Məlikova Aygün qeyd etmişdir ki, belə tədbirlərin çox pedaqoji və maarifləndirici əhəmiyyəti vardır. Şagirdlər mövzu ilə bağlı mənalı məlumat- informasiyanı əldə etdiklərinə görə tədbirin təşkilatçılarına minnətdarlıq etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi