Xocalısız 26 il
26 fevral Xocalı faciəsinin 26-cı il dönümüdür. Məktəbin fəaliyət planına uyğun olaraq Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir.İlk dərslər Xocalı soyqırımına həsr olundu.7 "B" sinif rəhbəri Eyubova Natəvan şagirdlərə soyqırım qurbanlarından söhbət açmış, erməni vəhşiliklərini əks etdirən slaydlar təqdim etmişdir. 7 "B" sinif şagirdi Ağaşirinli Nihat "Laylay Xocalım" şeirini söylədi. Daha sonra 1nömrəli məktəbin müəllim kollektivi "Ana harayı" abidəsi önünü ziyarət etmişlər.