Beynəlxalq Ana dili Günü
21 fevral Beynəlxalq Ana dili Günü ilə bağlı “Dilimiz bizim ruhumuzdur” adlı kitabxanada dəyirmi masa təşkil edilmişdir. Heydər Əliyevin dil haqqında fərmanlarından kitabxana müdiri Useynova Zemfira söhbət açmış və dil siyasətindən danışmışdır. Tədbirdə ədiblərin dilə olan hörmət və ehtiramını təşkilatçı Məlikova Aygün qeyd etmiş, coğrafiya müəllimi Babayev Sadiq və ədəbiyyat müəllimi Tağıyeva Şəfəq dil haqqında öz fikirlərini söyləmişlər. UBR mövzunu slaydlarla ətraflı izah etmiş, dəyirmi masanın sonunda dillə bağlı mahnılar, şeirlər və aforizmlər səslənmişdir.