“General Səməd bəy Mehmandarov və müasir gənclik”

Azərbaycan generalı Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar noyabr-dekabr aylarında vətənpərvərlik mövzusunda müxtəlif istiqamətlərdə tədbirlər keçirilmişdir. Hərbi rəhbər Abdullayev Məclum müəllim mövzu ilə əlaqədar açıq söhbətlər aparmışdır. Hərb sənətinə marağı olan oğlanlarla bu sənətin məsuliyyətindən , ciddiliyindən ətraflı danışmışdır. 30.11.2015-ci il tarixində “General Səməd bəy Mehmandarov və müasir gənclik” adlı dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə tarix müəllimləri də iştirak etmişlər. Onlar Azərbaycanın tanınmış generalı Mehmandarovdan və digər generallardan da söhbət açmışlar. Noyabr- dekabr ayında kitabxanada mövzuya uyğun “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı kitab, məlumat, foto sərgisi nümayiş etdirilmişdir. “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı rəsm guşəsində şagirdlərin hərb sənətinə uyğun rəsmləri nümayiş etdirilmişdir. 04.12.2015-ci il tarixində qəhrəmanlığa, igidliyə həsr olunmuş “Qəhrəmanlar əbədidir” adlı şeir kompozisiyası da şagirdlərin ifasında gözəl səslənmişdir. S.Vurğunun, T.Bayramın, R.Rzanın, R.Rüstəmin , H.Abbasın şeirlərindən istifadə edilmişdir. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz” adlı video slayd mövzunu tam əks etdirmişdir. Bu slayd da Kərimova Röya və Quliyeva Aydan həm tarixi, həm Sovet İttifaqı qəhrəmanları, həm də Milli Qəhrəmanlar haqqında geniş məlumat vermiş, onların hərbi xidmətlərini işıqlandırmışlar. Kitabxana müdiri Useynova Zenfira onlar haqqında çəkilən bədii, sənədli filmlərdən danışmış, bu filmlərin gənc nəsil üçün nə qədər tərbiyəvi olduğunu vurğulamışdır. Məlikova Aygün belə tədbirlərin məktəb şagirdləri üçün vacibliyindən, vətənpərvərlik ruhunun aşılanmasından və belə şəxslərin həmişə yad edilməsindən öz çıxışında bildirmişdir. 14.12.2015-ci il tarixində Şəhidlər xiyabanına və Fəxri xiyabana ziyarət , “İstiqlal” muzeyinə ekskursiya da təşkil olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi