“Xalq üçün döyünən ürək”

11 dekabr 2015 –ci il tarixində məktəbdə Heydər Əliyevin anım günü yad edilmişdir. Siniflərdə 1-ci dərslər bu dahi şəxsiyyətə həsr edilmişdir. Şagirdlər mövzuya aid tərtibatlı referat yazılar hazırlamışlar. Mövzuya uyğun video layihələr Kərimova Röya və Quliyeva Aydan tərəfindən tərtib edilmişdir. Dekabr ayının əvvəlindən başlayaraq kitabxanada “Xalq üçün döyünən ürək” adlı guşədə kitab və fotolar nümayiş etdirilmiş, “Xalqın qəlbində yaşayan müdrik nəsil” adlı məlumat informasiya guşəsi müəllim və şagirdlərin maariflənməsinə səbəb olmuşdur. 10.12.2015-ci il tarixində “Günəş kimi parlaq ömür”adlı şeir kompozisiyasında həm Azərbaycan bölməsi, həm də rus bölməsinin şagirdləri fəal iştirak etmişlər. 11 dekabr 2015-ci il tarixində “Sən elə bir zirvəsən” adlı dəyirmi masa təşkil edilmişdir. Müəllim və şagirdlər H.Əliyevin həyatından ətraflı danışmış və video layihələr nümayiş etdiirlmişdir. Tarix müəllimi Həsənov Çingiz H.Əliyevin keçdiyi həyat yolundan danışmış, Cəfərova Leyla və Məmmədbəyova Leyla o dövrdə liderin apardığı siyasətin vacibliyindən danışmışlar. Anım günü ibtidai siniflərdə də xüsusi qeyd olumuşdur. 09.12.2015- ci il tarixində Fəxri xiyabana ziyarət təşkil olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi