28 illik şanlı tariximiz

18.01.2018-ci il tarixində kitabxanada “20 Yanvar şanlı tariximizdir” adlı dəyirmi masa keçirilmişdir. Tarix müəllimi - Həsənov Çingiz mövzunu tam izah etmiş, faciənin yaranma səbəblərini də tarixi nöqteyi-nəzərindən şagirdlərə başa salmışdır. Təşkilatçı Məlikova Aygün, UBR Quliyeva Aydan, Useynova Zenfira və Tağıyeva Şəfəq mövzunun hər il qeyd olunmasının vətəndaşlıq borcumuzdan söhbət açmışlar. Şagirdlər referat yazılar hazırlamış,şeir kompozisiyası ilə şəhidləri yad etmişlər. Videoçarxlar, mahnılar, rəsm işləri, divar qəzetləri mövzunu daha da canlandırmışdır.

  6 “A” sinfinin sinif rəhbəri İsmayılova Pərvanə  və dil və ədəbiyyat müəllimi Şahverdiyeva Gülsüm “20 Yanvar uşaqların gözü ilə” adlı açıq dərs təşkil etmişlər. Gülsüm müəllimə mövzu barədə danışmış, divar qəzetləri tərtib edilmiş, şeirlərdən ibarət xatirə kompozisiyası səslənmişdir.

  19.01.2018-ci il tarixində “Şəhidlər xiyabanı önündə” adlı ədəbi-bədii kompozisiyada  3 “A” sinif şagirdləri - Nurel Orucova, Hüseynova Aysu, Məmmədova Zəhra,Mövsümzadə Mehdi şeirlər söyləmiş və 9 “A” sinif şagirdi Mikili Ənvərin ifa etdiyi “Ana mən şəhid oldum” adlı mahnısı hamını duyğusal etmişdir.

 Tədbirin davamı olaraq 20 Yanvar günü 8 “A” , 7 “A” və 7 “C” sinif şagirdləri sinif rəhbərləri ilə birlikdə Şəhidlər xiyabanına ziyarətə gedəcəklər.

 

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi