Xalq üçün döyünən ürək
11 dekabr 2017 –ci il tarixində Elmi – Pedaqoji kitabxanada Təhsil İdarəsinin xətti ilə kitabxanaçılar üçün təşkil olunmuş seminarda “Xalq üçün döyünən ürək” adlı H.Əliyevin xatirə gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Məktəbin kitabxana müdiri Useynova Zemfira ulu öndərin keçdiyi məşəqqətli həyat yolundan danışmış, videoçarxlarla slaydlarla mövzunu daha da ətraflı izah etmişdir. Dəyirmi masa 1 dəqiqəlik sükutla başlamışdır. Kitabxanaçılara kitab sahəsi üzrə metodiki məsləhətlər də vermiş, kütləvi tədbirlərin keçirilmə istiqamətlərindən danışmışdır. Pedaqoji kitabxananın əməkdaşları və dəvət olunmuş kitabxanaçılar Useynovaya öz minnətdarlıqlarını bildirmişlər.