Coğrafi imla
26 noyabr tarixində Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Rusiyanın coğrafiyasını əks etdirən sorğu olmuşdur. Məktəbimizin 8-9-10 və 11-ci sinif şagirdləri bu sorğuda fəal iştirak etmiş, sertifikatlarla təltif olunmuşlar. Elm sahəsini əhatə edən maarifləndirici sorğu dünyanın 26 ölkəsində keçirilmiş və pedaqoji əhəmiyyət kəsb etmişdir.