Uşaqları qoruyaq
10.11.2017 –ci il tarixində “Uşaqlar öz hüquq və vəzifələrini bilməli və vətənin layiqli övladları olmalıdırlar” adlı dəyirmi masa keçirilmişdir. Mövzu ilə bağlı slaydlar nümayiş etdirilmiş, Konvensiyanın müxtəlif maddələri barədə açıq söhbət aparılmışdır. Şagirdlər öz fikirlərini gözəl söyləmiş hüquqları ilə yanaşı vəzifə və borclarından da danışmışlar. Təşkilatçılar – Məlikova Aygün,Useynova Zemfira, Quliyeva Aydan mövzunu tam izah etməklə bir çox faktları da söyləmişlər. Tədbirin sonunda R.İlyasovun ifasında “Uşaqları qoruyaq” adlı mahnı səsləndirilmişdir.