Yaddaşlarda qalan şair

10 noyabr   2017 –ci il tarixində məktəbimizin bir qrup şagirdləri  Mərkəzləşmiş kitabxana sisteminin  filialı olan M.Seyidzadə adına uşaq kitabxanasında şairin 110 illik yubileyinə həsr olunmuş tədbirdə  fəal iştirak etmişlər. Şagirdlər  ədibin həyat və yaradıcılığından danışmış, şeirlər , qəzəllər söyləmiş, kiçik bir Təmsili ( “Tülkü və sərçə ) səhnələşdirmişlər. Tədbirin təşkilatçısı kitabxana  müdiri Useynova Zemfira sinif rəhbərlərinə , valideynlərə  və kütləvi kitabxananın əməkdaşlarına minnətdarlıq etmişdir. Valideynlər  belə tədbirlərin uşaqların tərbiyəsində , mütaliənin inkişaf  etdirilməsində  və nitqin təkminləşdirilməsində böyük rol oynadığını qeyd etmişlər. Tədbirdə şairin qohumları , jurnalistlər və digər kütləvi kitabxanaların əməkdaşları iştirak etmiş və şagirdlərin çıxışını qiymətləndirmişlər. Tədbirdə şairin rus dilinə tərcümə edilmiş şeirləri  səslənmişdir.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi