Yaşıllaşan şəhərimiz
Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə yeni parkın açılışı Bakı sakinlərinin sevincinə səbəb oldu. Yaşıllığa qərq olmuş yeni parkda şagirdlər öz məharətlərini nümayiş etdirdilər. Milli geyimlərdə və dünya xalqlarının geyimlərindəki məktəblilər tədbirə xüsusi gözəllik gətirdi. Nəsimi Rayon İcra başçısının müavini Gülarə Verdiyeva tədbir iştirakçılarını salamladı və belə layihələrin həyata keçirilməsini alqışa layiq olduğunu qeyd etdi.