Heydər Əliyev - xalqın qəlbində yaşayan lider
Mayın 3-də Beynəlxalq Muğam Mərkəzində Ümummilli lider H.Əliyevin 94-cü ildönümünə həsr edilmiş tədbirdə bir qrup müəllimlər iştirak etmişlər. Nəsimi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbir ədəbi-bədii xarakter daşıyırdı. İcra başçısı Asif Əsgərov H.Əliyevin keçdiyi həyat yolundan danışmış, təqdim edilən slayd tədbir boyu nümayiş etdirilmişdir. Gənc müğənnilərin ifasında səslənən mahnılar tədbir iştirakçılarının rəğbətinə səbəb olmuşdur.