İnsan alverinin qurbanı olma!
Aprel 28 . 2017 –ci il tarixində məktəbimizdə “İnsan alverinin qurbanı olma!” adlı tədbir keçirilmişdir. Giriş sözünü məktəbin direktoru Rzayeva Elida xanım söyləmiş , gələn tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir. Çıxış edənlər: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova , məsləhətçi Azər İsalı və İnsan Alveri qurbanlarına yardım mərkəzinin direktoru Nəzakət Balabəyova mövzunu aydın və ətraflı izah etmiş, filmlər nümayiş etdirilmişdir. Mühazirəçilərin mövzuya aid sullarını şagirdlərimiz dolğun cavablandırmışlar. Belə tədbirlərin keçirilməsi məqsədə müvafiqdir.