NAMİQ AXUNDOV ADINA 1 NÖMRƏLİ TAM ORTA ÜMUMTƏHSİL MƏKTƏBİNDƏ PEDAQOJI ŞURA KEÇİRİLDİ.

Sentyabrın 12-də Namiq Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ili üçün ilk Pedaqoji Şura keçirilmişdir. Pedaqoji Şurada yeni tədris ilində məktəbin inkişaf istiqamətləri, tədrisin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin hərtərəfli inkişafı üçün prioritet məsələlər müzakirə olunmuşdur. Müzakirələr zamanı aşağıdakı strateji hədəflər müəyyən edilmişdir:
Tədris prosesində müasir pedaqoji metodların tətbiqi və müəllimlərin peşəkarlığının artırılması;
Şagirdlərin bilik və bacarıqlarının inkişafında fərdiləşdirilmiş yanaşmanın gücləndirilməsi;
STEAM fənninin tədrisinə üstünlük verilməsi, yaradıcı və tənqidi düşünmə bacarıqlarının inkişafı;
Məktəbdaxili idarəetmənin təkmilləş dirilməsi, müəllim, şagird və valideyn əməkdaşlığının daha səmərəli təşkili;
Məktəbin mədəni-mənəvi mühitinin qorunması və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi;
Rəqəmsal resurslardan istifadənin genişləndirilməsi və informasiya texnologiyalarının tədris prosesinə inteqrasiyası;
Sağlam məktəb mühitinin yaradılması, inklüziv təhsilin dəstəklənməsi və şagirdlərin psixoloji rifahının təmin olunması.
Bu hədəflərin həyata keçirilməsi məktəbin pedaqoji kollektivi qarşısında əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir.