“Oxudum, oxudum sonra da vardım, Hər gizli xəznədən bir dürr aradım!” Nizami Gəncəvi

2 Aprel Beynəlxalq Uşaq Kitabı Günü və 25 Aprel Beynəlxalq Oxu Günü ilə əlaqədar məktəbdə müxtəlif istiqamətlərdə tədbirlər təşkil olunmuşdur. 2 Aprel məşhur nağılçı Andersenin anadan olduğu günlə bağlı 3 b sinif şagirdləri maraqlı, öz fantaziyalarından bacarıqla istifadə edərək kitab nəşr etmişlər. Kitablar əl işləri ilə bəzədilmişdir. Oxu Günü ilə əlaqədar isə şeir müsabiqəsi təşkil olunmuşdur. Müsabiqədə rus dili və ədəbiyyatı müəllimi Quliyeva Xatirə, Abbasəliyeva Tamella, kitabxana müdiri Useynova Zenfira və valideynlər iştirak etmiş, müsabiqə qaliblərinə və 3 b sinif rəhbəri Səbinə Babayevay öz təşəkkürlərini bildirmişlər. Tədbirin II mərhələsi F.Köçərli adına Respublika kitabxanasında davam etdirilmişdir. Aprelin 4-də mövzunu tam əhatə etmək məqsədi ilə ədəbi – bədii, musiqili, şən tədbir təşkil olunmuşdur. Nağıl qəhrəmanlarının rəngarəng geyimləri, səhnələşdirilmiş hissələr ibtidai sinif müəllimi Səbinə Babayevanın pedaqoji fəaliyyətindən xəbər verirdi. Təşkil olunmuş kitab sərgisi, kitablar haqqında aforizmlər, fotoşəkillər, divar qəzetləri hamının marağına səbəb olmuşdur. Tədbirin qonaqları olan valideynlər, müəllimlər – Yüzbaşova Elmira, direktor müavini Günəşova Fərəh, kitabxana müdiri Useynova Zenfira, Abbasəliyeva Tamella bu tədbirin mahiyyətindən danışmış, Səbinə xanımı və şagirdləri təbrik etmişlər. Kitabxana müdiri Useynova Zenfira qeyd etdi ki, XXI əsr internet dövrü olsa da, kitab ən qədim mədəniyyət və bilik mənbəyidir. Bu bayramın təşkili bir daha sübut etdi ki, uşaqlığımızın xoş xatirələri kitabla bağlıdır, onun hər bir səhifəsində müdriklik qığılcımları aşkar olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi