Qələbə bizimlədir!

Aprelin 4-də məktəbimizdə Aprel döyüşlərinin ildönümü qeyd olundu. "Dəyirmi masa" 1 dəqiqəlik sükutla başladı. Tarix müəllimi Leyla Cəfərova 4 günlük ağır döyüş haqqında şagirdlərə məlumat verdi. Daha sonra Aprel şəhidlərinə həsr olunmuş slayd nümayiş etdirildi. Uşaq birliyi rəhbəri Aydan Quliyeva xüsusi qəhrəmanlıq göstərmiş polkovnik-leytenant Raquf Orucov haqqında geniş məlumat verdi. O, şəhidin Qarabağ müharibəsindən Aprel döyüşünə qədər keçdiyi çətin həyat yollarından danışdı. UBR çıxışını qəhrəman haqqında hazırladığı slaydla tamamladı. Tarix müəllimi Çingiz Həsənov, direktor müavini Aygün Məlikova və hərbi rəhbər Məclum Abdullayev öz çıxışlarında bildirdilər ki, Aprel döyüşləri bir daha sübut etdi ki, qələbə bizimlədir. Vətənpərvərlik ideyası diqqətdə duran daimi, maarifləndirici mövzudur. Vaxtaşırı mövzu müxtəlif istiqamətlərdə məktəbdə işıqlandırılır. "Dəyirmi masa"da 8, 9 və 10-cu sinif şagirdləri iştirak etmiş, Vətən üçün mübariz əsgər olduqlarına and içmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi