"7-dən 17-yə vətənpərvər" layihəsi çərçivəsində şagirdlərimz Yanardağ Dövlət Tarix -Mədəniyyət və Təbiət qoruğunda ekskursiya gəzintisində iştirak etdilər

  "Yanardağ" təbiət abidəsi yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında vulkanik-tektonik proseslərdən yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlib. Bakının rəmzi hesab olunan üç alov və dəniz simvolu da Yanardağın əks istiqamətində vaxtı ilə aktiv şəkildə daimi alovlanmış, lakin hal-hazırda sönmüş üç təpəyə əsasən qəbul edilib. Ərazidə aparılan geoloji tədqiqatlar, həmçinin orta əsrlərə aid tarixi mənbələr sübut edir ki, Bakı və ətraflarında həm quru, həm də dəniz üzərində daimi yanan alovlar hələ qədim dövrlərdən bəri müşahidə olunur.

 Məktəbin 5"B" sinif şagirdləri, sinif rəhbəri E.Natavan, Uşaq Birliyi Təşkilatı Rəhbəri H.Vüsalə "7-dən 17-yə vətənpərvər" layihəsi çərçivəsində Yanardağ Dövlət Tarix -Mədəniyyət və Təbiət qoruğuna ekskursiya təşkil etdilər.Onlar burada tarixi abidələrlə tanış olmuş, maarifləndirici məlumatlar toplamışlar.Yanardağ və Abşeronun digər yerləri ilkin dövrlərdən etibarən atəşpərəstlik və zərdüştlük dininə ibadət edənlər tərəfindən müqəddəs hesab edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi